İngiltərənin keçmiş futbolçusu və dünya çempionu Rocer Hant 84 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, futbolçunun ölüm səbəbləri barədə məlumat verilməyib. Hant 2006-cı ildə İngiltərə Premyer Liqasının "Şöhrət zalı"na daxil edilib.

Keçmiş idmançı 11 il oynadığı "Liverpul" azarkeşləri arasında çox məşhur olub. İngilis futbolçunun "cəngavər" tituluna malik olmamasına baxmayaraq, mersisaydlı pərəstişkarlar onu "Sir Rocer Hant" adlandırırdı.

Hant 1962-1969 -cu illərdə İngiltərə millisində 34 oyuna çıxıb. Komandada onun hesabında 18 qol var. 1966-cı ildə o, futbol üzrə dünya çempionu olub.

"Liverpul"dakı 11 il ərzində Hant 492 oyun keçirib və 285 qol vurub. Onun İngiltərə çempionatında 2, kubokda 1 qələbəsi var. 1972-ci ildə komandadan ayrıldıqdan sonra o, "Bolton Uoderers"ə keçib.