"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".

Unikal.org xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb: "Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu, yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür".

Baş katib qadınların bu məsələdəki roluna da toxunub:

"Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir."