Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Nazirin digər əmri ilə, Bəkir Orucov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və Mənəvi-Psixoloji təminat İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini Saday Balayev icra edir.

Murad İbrahimli