Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində Adil Qasımov adına orta məktəbin qarşısında qeydə alınıb.

Hərəkətdə olan minik maşını 2012-ci il təvəllüdlü Sadıqov Rövşən Natiq oğlunu vurub. Məktəbli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun hər iki ayağının sındığı məlum olub

Faktla bağlı araşdırma aparılır.