İranda ötən sutka ərzində 289 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki,   bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 119649 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 14470 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5547990 nəfərə çatıb.