Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, T.Mirzəyev bu gün 85 yaşında ömrünün son illərini yaşadığı İsraildə dünyasını dəyişib.