27 sentyabr - Anım Günü ilə əlaqədar  saat 12:00-da ölkə ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Unikal.org xəbər verir  ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi İdarə Aparatı və yerli Sukanal İdarələrinin kollektivləri, eləcə də ərazilərdə xidmət aparan qəza briqadalarının əməkdaşları şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Şəhidlərimizin xatirəsi  “Azərsu” ASC-nin Şuşa şəhəri, Cəbrayıl, Kəlbəcər rayonları  və Hadrut qəsəbəsində xidmət göstərən əməkdaşları tərəfindən də anılıb.