Məhkəmə paytaxtda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentlə bağlı qərar çıxarıb.

Bu barədə Unikal.org-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, “Opel Astra” markalı 99-RR-384 dövlət nömrə nişanlı avtomobillin sürücüsü Şükürlü Rüstəm Umud oğlu Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni əməlinə tabe olmama) maddəsi ilə 20 sutkalıq həbs cazası verilib.

Seymur Əli