ABŞ qoşunları Əfqanıstanı tərk etdikləri kimi, Suriya və İraqdan da getməlidirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SBS” telekanalına verdiyi müsahibədə belə bəyanatla çıxış edib.

Unikal.org xəbər verir ki, Türkiyə prezidenti əgər onun seçiminə qalsa, Əfqanıstandan çıxan ABŞ-ın analoji qaydada Suriya və İraqdan da getməsini istədiyini bildirib. “Çünki biz bütün dünyada sülh yaratmaq istəyiriksə, onda bu regionlarda qalmağın mənası yoxdur. Biz sadəcə bu bu xalqların, buradakı idarəetmə orqanlarının özlərinin qərar çıxarmasına imkan verə bilərik”, - Ərdoğan bildirib.