Rusiyada son sutka ərzində daha 22 236 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org-un Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 443 149 nəfərə çatıb.

Son sutka ərzində 779 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 204 679 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.