Ermənistanda son 24 saat ərzində 462 yeni COVID-19-a yoluxma faktı aşkarlanıb. 

Unikal.org xəbər verir ki, bununla da ümumi yoluxanların sayı 259 min 007-yə çatıb.

Qeyd olunub ki, bir gündə 565 xəstə sağalıb. Sağalanların ümumi sayı 240 min 305-dir.

Son bir gündə 13 ölüm hadisəsi qeydə alınıb ki, bu da ölənlərin ümumi sayını 5 min 264-ə çatdırıb. 

Hazırda ölkədə 12 min 235 nəfər aktiv koronavirus xəstəsi var.