Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filalogiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov vəfat edib.

Unikal.org xəbər verir ki, o, ötən gün 55 yaşında dünyasını dəyişib.

Universitetdən verilən məlumata görə, mərhum uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirmiş.