"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula 1" üzrə Rusiya Qran Prisinin qalibi olub.

Unikal.org xəbər verir ki, yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə "Ferrari" komandasının ispaniyalı pilotu Karlos Sayns başa vurub.

Qeyd edək ki, Soçidə keçirilən yarışda qalibi olaraq L.Hemilton "Formula-1" karyerasındakı qələbələrin sayını 100-ə çatdırıb.