BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünya hələ də nüvə silahları ilə məhv edilməyə yaxındır.

Unikal.org xəbər verir ki, Quterreş bu barədə "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, planetdə təxminən 14 min ədəd belə silah saxlanılır.

BMT-nin baş katibi, fəlakətdən qaçmaq üçün bu problemin həllində konstruktiv tədbirlərə keçid üçün çağırış edib:

"Nüvə münaqişəsi buludlarını əbədi olaraq dağıtmağın vaxtı gəlib. Dünyamızı nüvə silahlarından qurtarın və yeni bir inam və sülh dövrünə başlayın".