ABŞ-ın Arizona ştatında amerikalı basketbolçu Maykl Cordanın oğlu Cefri xəstəxana işçilərinə etdiyi hücumdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə Skotsteyl şəhərində baş verib. Belə ki, keçmiş basketbolçu Cefri Cordan klubların birində baş nayihəsindən xəsarət alıb. O yaxınlıqdakı xəstəxanaya aparılıb. 32 yaşlı Cefrinin müalicə olunarkən xəstəxana işçilərinə hücum etdiyi iddia edilir.

Nəticədə məşhur basketbolçunun oğlu saxlanılaraq şəhər həbsxanasına aparılıb. Lakin bir saatdan sonra sərbəst buraxılıb.