Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit şəxsi həyata müdaxiləyə görə jurnalist Tibo Dalifardı məhkəməyə veriblər.

Unikal.org xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Məlumata görə, o, 2 həftə ərzində Fransa prezidentlərinin, həmçinin Emmanuel Makronun Yelisey Sarayının qarşısındakı istirahət yerlərindən fotoşəkillər sərgiləyib.

Sərgidə Makronun çimərlik geyimində fotosu yerləşdirilib. Həmçinin Fransanın keçmiş prezidentləri Fransua Olland, Jak Şirak və Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni ilə çəkilmiş fotoşəkilləri də var.