Polisin “saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.  

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. 

Hazırda istintaq hərəkətləri davam etdirilir. 

Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq matreriallarına əlavə edilir.

Murad İbrahimli

***

09:10

Bakıda yol polislərinin “dayan” əmrinə tabe olmayan sürücü digər avtomobillərə zərər verib.

Unikal.org xəbər verir ki, 50 ED 532 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı maşının sahibi polislərdən qaçmaq istəyib.

O, qaçmaq üçün maşını digər hərəkət iştirakçılarının avtomobillərinə çırpıb.

Həmin görüntüləri təqdim edirik: