“Yuventus” hücumçusu Paulo Dibala ilə danışıqları yekunlaşdırıb.

Unikal.org xəbər verir ki, tərəflər, nəhayət ki, yeni müqavilədə ortaq məxrəcə gəliblər.

Uzun sürən danışıqların yekununda əməkdaşlığın uzadılması barədə anlaşma əldə edilib. İtaliya mətbuatı argentinalı ön xətt oyunçusunun bu gün və ya sabah 2025-ci ilin yayına qədər nəzərdə tutulan yeni sazişə qol çəkəcəyini iddia edib.

Qeyd edək ki, hazırkı müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı forvard bu mövsüm 5 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.