ABŞ kosmosdan gizli zərbələr endirmək imkanına malik döyüş orbital aparatlarının yaradılması texnologiyaları üzərində çalışır.

Unikal.org  xəbər verir ki, bunu Rusiyanın “Almaz-Antey” konserninin direktoru Yan Novikov deyib.

Onun sözlərinə görə, ABŞ bütün vasitələr spektrini modernləşdirir ki, dünyanın istənilən yerində istənilən tip hədəfə sürətli, dəqiq zərbələr endirsin:

“Əgər hərbi-kosmik vasitələrdən danışırıqsa, buraya ilk növbədə X-37 orbital pilotsuz aparatlarını aid etmək lazımdır. İlk belə aparatı 2010-cu ildə hazırlayıblar, indi onların sayı bir neçədir. Biz başa düşürük ki, onlar nüvə döyüş başlığı daşıyıcısı funksiyasını yerinə yetirə bilərlər. ABŞ kosmosda belə aparatların sayını gələcəkdə artırmağı planlaşdırır. Bu, ciddi çağırışdır”.