ABŞ kosmosdan gizli zərbələr endirmək imkanı olan döyüş orbital aparatlarının yaradılması texnologiyaları üzərində çalışır.

Unikal.org xəbər verir ki, bunu Rusiyanın "Almaz-Antey" konserninin direktoru Yan Novikov deyib.

Onun sözlərinə görə, ABŞ bütün vasitələr arsenalını modernləşdirir ki, dünyanın istənilən yerində istənilən tip hədəfə sürətli, dəqiq zərbələr endirsin:

"Əgər hərbi-kosmik vasitələrdən danışırıqsa, buraya ilk növbədə X-37 orbital pilotsuz aparatlarını aid etmək lazımdır. İlk belə aparatı 2010-cu ildə hazırlayıblar, indi onların sayı bir neçəyə çatıb. 

Biz başa düşürük ki, onlar nüvə döyüş başlığı daşıyıcısı funksiyasını yerinə yetirə bilərlər. ABŞ kosmosda belə aparatların sayını gələcəkdə artırmağı planlaşdırır. Bu, ciddi çağırışdır".