Əlcəzair dövləti və Mərakeş Krallığı arasında gərginlik yaranıb.

Unikal.org "İndia Today"a istinadən xəbər verir ki, Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb. Əlcəzairin Təhlükəsizlik Şurasının açıqlamasına görə, Mərakeşin bütün hərbi və mülki təyyarələrinə qadağa qoyulub.

Bildirilib ki, buna səbəb Mərakeşin düşməncə addımlar atması və təxribatlar törətməsidir. 

Qeyd edək ki, rəsmi Rabat hadisə ilə bağlı açıqlama verməyib.

Ağarza Elçinoğlu