Uruqvayın paytaxtı Montevideoda, Prezident binasının yerləşdiyi "Plaza Independencia" da  (Azadlıq Meydanı) bir nəfər özünü yandırıb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki,  32  yaşlı  şəxs  binanın qarşısında üzərinə benzin töküb.  Prezident tiqamətgahında olan polis və xilasetmə qrupları hadisə yerinə gələrək  şəxsi  sakitləşdirməyə   çalışıb.  Lakin o,  bunlara məhəl qoymayaraq,  özünü yandırıb.

Polislər onu yanğınsöndürmə vasitəsi ilə söndürüblər. Şəxsin yanma anı ərazidəki  müşahidə  kameralarına  anbaan  əks olunub. Ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılan şəxsin  bədəninin 80 faizinin yandığını söylənilib. 

Onun hansı  səbəbdən bu əməli törətdiyi məlum deyil. Faktla  bağlı  araşdırma  aparılır.