Gürcüstan hakimiyyəti Türkiyənin "ENKA" şirkətinin Namaxvanidə su elektrik stansiyası tikmək niyyətindən əl çəkmək qərarından təəssüfləndiyini bildirib. 

Unikal.org xəbər verir ki, sözügedən Türk şirkəti ölkənin qərbindəki Rioni çayı üzərində ən böyük elektrik stansiyasını inşa edəcəkdi. Bildirilib ki, o, bu həftənin əvvəlində stansiyanın tikintisindən imtina etdiyini açıqlayıb. 

"ENKA" isə öz növbəsində bildirib ki, Tiflis Gürcüstan hökuməti ilə bağlanan müqavilənin fors -major vəziyyətindəki müddəalarını pozması səbəbindən ləğv edilib.  

"Məlumdur ki, enerji müstəqilliyinin təmin edilməsi hökumətimizin təkcə iqtisadi deyil, həm də siyasi prioritetlərindən biridir. Buna əsaslanaraq, müqavilənin ləğvi gələcək investisiyalar baxımından pis bir siqnaldır", - deyə Kobaxidze məlumat verib. 

Ağarza Elçinoğlu