"Milli bayramlar və anma mərasimləri zamanı nə qədər yalan və fərziyyəyə sahib olduğumuzu dərk edirsiniz. "Vətən", "müstəqillik", "vətənpərvərlik", "demokratiya", "azadlıq" və digər anlayışlar necə manipulyasiya olunur və köhnəlir. Hər əclaf yaralı və qanlı əllərini vətənimizə olan ümumbəşəri eşq odunda necə qızdırır, bir erməni xəyallarından necə istifadə edir. Bu günlərdə vətənpərvərliyin həqiqətən də "əclafların son çarə" olduğunu anlayırıq".

Unikal.org xəbər verir ki, bu sözləri dünən Ermənistanda müstəqilliyin 30-cu ildönümünə aid keçirilən tədbirlərə münasibətində media vəkili və aparıcı (həmçinin "Hraparak" nəşrinin baş redaktoru) Armine Ohanyan deyib. 

"Vətəni təhlükəyə ata bilir, ona qarşı olan əsas vəzifələri yerinə yetirə bilmirlər. Hər bir qəssabın bərbərlik öyrəndiyi bir yetimin başı olmuşuq. Eyni zamanda vətən və vətənpərvərlik, müstəqillik və ermənilərin parlaq gələcəyi haqqında danışırıq", - deyə Ohanyan bildirib. 

O, həmçinin bildirib ki, hazırkı hakimiyyət yalançı və boş sözlərlə "vətənpərvərlik" rolunu oynayır:

"Müstəqilliyin 30-cu ildönümü münasibətilə dünən nə yalan və boş sözlər deyildi. Varlığı və fəaliyyəti ilə vətəni təhlükəyə atanlar düşüncəli üz və yalançı kədərlə ölülərimizin məzarlarını ziyarət etdilər. Qara kostyumlarında və məzarların yanında diz çökərək yas və vətənpərvərlik dərdi səhnələri qurmağa çalışdılar.

Eyni zamanda, onlardan bir neçə metr aralıda ölən hərbçilərimizin valideynini sürüyüb susdurdular, siyasətçinin əlləri büküldü, jurnalistlərə "yerinizdə oturun", fotoşəkil, video çəkməyin göstərişi verildi. Havada dəhşətli bir proqnoz var idi ki, bir-iki ildən sonra bu qədər müstəqillikdən xoşbəxt və azad olacağıq, Ermənistanın başı üzərində böyük və çox real təhlükə var".

Ağarza Elçinoğlu