"ABŞ İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam qayıtmağa hazırdır".

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"ABŞ İranın nüvə silahı əldə etməsini əngəlləməkdə davam edəcək. İranı diplomatik olaraq Birgə Hərtərəfli Fəaliyyət Planına cəlb etmək üçün "beş üstəgəl bir" formatı üzərində işləyirik", - Bayden bildirib.

Avstriyada aprel ayından etibarən İranla beynəlxalq "beşlik" (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında nüvə anlaşmasını bərpa etmək üçün danışıqlar aparılır. Tərəflər İrana qarşı sanksiyaların ləğv edilməsi, nüvə sahəsində öhdəliklərinin yerinə yetirilməsi, habelə ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qaytarılmasını müzakirə edirlər.