Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  məşhur  KQB agenti Aleksandr Litvinenkonun ölümünə səbəb Rusiyanı  göstərib. 

Unikal.org xəbər verir ki, 2006-cı ildə həyatını itirən  agentin illərdir ölüm səbəbi aparılır. Belə  ki, müxalifət lideri  kimi tanınan  43 yaşlı Litvinenko 2000-ci illərin əvvəllərində  Rusiyadan İngiltərəyə qaçıb. 6 il İngiltərədə yaşayan agentin içdiyi  yaşıl çayına  çox nadir və güclü radioaktiv maddə olan Polonium 210 qatılıb. 

Zəhərlənərək  öldürülən agentin cinayətində  şübhəli olaraq Rusiya göstərilib.  Dəfələrlə Rusiya cinayət hadisəsi təkzib edib.  Lakin İngiltərədə  aparılan araşdırmalar, bunu  bir daha sübut edib. İngiltərə məhkəməsi Putinin  Rusiya gizli xidmətinin Litvinenkonu öldürmək əməliyyatını təsdiqlədiyi barədə  məlumat yayıb.