"ABŞ Asiya-Sakit okean bölgəsində Rusiya və Çinlə üz-üzə gəlmək üçün Dördtərəfli Təhlükəsizlik Dialoqunu (Yaponiya, Hindistan və Avstraliyanın da daxil olduğu - QUAD) genişləndirmək istəyir".

Unikal.org  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, əslində QUAD NATO-nun Asiya analoqunun prototipidir.

Patruşev əlavə edib ki, yeni yaradılan AUKUS bloku (ABŞ, Böyük Britaniya və Avstraliya) da Rusiya Federasiyası və Çinə qarşı yönəldilib.