"O, sakit, qayğıkeş, heyvanları, xüsusən də pişikləri sevən bir oğlan idi. Hesab edirəm ki, ideal uşaq böyütmüşəm. Nə siqaret çəkirdi, nə spirtli içki qəbul edirdi". 

Unikal.org xəbər verir ki, bunu Rusiyanın Perm universitetində terror aktı törədən Timur Bekmansurovun anası bildirib. 

Tiurun anası qeyd edib ki, o, hərbi ədəbiyyatı çox sevirdi. "Xüsusən də Suriya müharibəsi mövzusunda". 

Ana daha sonra deyib ki, oğlu insanlarla ünsiyyəti sevmirdi:

"Müəyyən çevrəsi vardı, onlarla oturub-dururdu. Sakitliyi, evdə tək qalmağı sevirdi. Onun əynində heç vaxt uniforma görməmişəm. İnternetdən əsgər kaskası sifariş verib almışdı. Onu da yaşıl rəngə boyadı. Soruşanda bu sənin nəyinə lazımdı, qayıdırdı ki, sadəcə maraqlıdı. Yayda isə həmin kaskanı qaraya boyadı".