Qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Unikal.org-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il iyunun 6-da şəhər sakini Vahid İmanlının almış oldığı xəsarətlər nəticəsində ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsi müəyyən edilib.

İlkin Muxtarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.