Bakı metrosunda xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb.

Bunu Unikal.org-a  açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatarda problem olduğu üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar buraxılıb:

Sınaq qatarından sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".

Gülayə Mecid