Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı rayonun sahil zolağından ekskavator və “MAZ” markalı 27-BU-102 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Unikal.org-a bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Xaçmaz rayon sakinləri Rauf Məmmədov və Eldar Kiçikbəyov olduğu məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb ediliblər.

Seymur Əli