Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.

Unikal.org xəbər verir ki, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.

Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir. (report)