İmişlidə 33 yaşlı kişi qətlə yetirilib.

Unikal.org-un məlumatına görə, hadisə İmişli rayonunun Çaxırlı kəndində baş vrib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu münaqişə zəminində qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadil oğlunu 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

A.Mürsəlov polis tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.