Tovuzda güclü yağan yağışdan sonra gələn sel suları fəsadlar törədib.

Unikal.org xəbər verir ki,  rayonun Əsrik Cırdaxan, Yanıqlı və ucqar kəndlərə sel suları gəlib.

Nəticədə evlərə su dolub, kənd təsərrüfatına ziyan dəyib. Bundan başqa, yolları yarasız hala düşüb, kommunikasiya xətləri də sıradan çıxıb.