Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə “yox” deməsi olub.

Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.