“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.

Unikal.org-un xəbərinə görə, dəyişikliklə hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.

Qeyd edək ki, sənəd bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib. Qanuna dəyişiklik layihəsi parlamentin sentyabrın 30-da keçiriləcək plenar iclasında baxılacaq.