Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 248 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 341 004 nəfərdən test götürülüb, onların 28244-nün testi pozitiv nəticə verib, 28536 nəfər sağalıb.