Türkiyənin ən reytinqli  yarışma proqramlarından biri  olan"O səs Türkiyə"də münsif kürsüsündə əyləşən müğənni Hadisənin yerini kimin alacağı bəlli olub.

Unikal.org xəbər verir ki, bu barədə proqramın aparıcısı Acun Ilıcalı danışıb. O, yeni mövsümdən münsif heyətinə ifaçı Oğuzhan Koçun qatılacağını bildirib:

Qeyd edək ki, Hadisənin proqramdan ayrılma səbəbi Ebru Gündeşlə arasında yaşanan qalmaqal olub. Hadisənin həmkarı Ebrunun keçmiş həyat yoldaşı Rza Zerrabla gizli münasibət yaşadığı iddia edilmişdi.