Dağıstanda dəhşətli terror: 4 polis öldü, 8 nəfər yaralandı
Bu gün səhər saat 5:00 radələrində Dağıstanın Xasavyurt şəhərində terror aktı baş verib.

Dağıstan KİV-lərinin verdiyi məlumata görə, Xasavyurtda polis postunda sənədlərin yoxlanılması üçün “Lada Priora” markalı minik avtomobili saxlanılıb.
Polis əməkdaşları avtomobilə yaxınlaşan zaman partlayıcı qurğu işə salınıb. 4 polis əməkdaşı ölüb, 8 nəfər yaralanıb. Avtomobildə neçə nəfərin olduğu isə dəqiqləşdirilir.