"TikTok" psixi sağlamlıq problemləri və intihar düşüncələri ilə mübarizə aparan istifadəçilərinə kömək etmək üçün bir sıra xüsusiyyətlərini açıqlayıb.

Unikal.org xəbər verir ki, sosial  media  platformasının istifadəçiləri "intihar" kimi ifadələr axtardıqları zaman  "TikTok"a  bildiriş  gedəcək. Bu zaman  "TikTok"  şəxsin maraqlarını  dəstəkləyəcək  postlar təqdim edəcək. 

"Cəmiyyətimizə dərindən qayğı göstəririk və hər zaman onların rifahını dəstəkləmək üçün yeni yollar axtarırıq. Bu səbəbdən insanların "TikTok"da ehtiyac duyduqları vaxt qaynaq tapmalarını asanlaşdırmaq üçün əlavə addımlar atırıq",-deyə "TikTok" açıqlama yayıb.