Tanınmış hakim koronavirusa yoluxub.

Unikal.org-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahberdiyevin COVİD-19 analizinin cavabı  pozitiv  çıxıb.

Bu səbəbdən onun icraatında olan cinayət işləri təxirə salınıb. Bundan başqa, onunla birlikdə kollegiyada təmsil olunan digər hakimlərin də icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb.

Qeyd edək ki, E. Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi, Tərtər Hərbi Məhkəməsinin sədri olub.