Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 250 559-a çatıb. Son sutkada koronavirusdan 22 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5 056-ya yüksəlib.

Koronavirusa yoluxan 233 910 nəfər sağalıb. Hazırda 10 412 pasiyent müalicə olunur.