Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Tacikistana səfər edib.

Unikal.org  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin görüşlərində iştirak etməyi planlaşdırır.

Xatırladaq ki, KTMT rəsmilərinin görüşü bu gün Düşənbədə keçiriləcək.

 Gülayə  Mecid