Bayden administrasiyası Misir ordusuna göstərilən hərbi yardımı dayandıracaq.

Unikal.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildirir ki, ABŞ bir sıra insan haqlarını pozduğuna görə Misirə 130 milyon dollarlıq yardım göndərilməsi haqqında qərarı ləğv edəcək.

Qahirə vəziyyəti yaxşılaşdıracağı təqdirdə gələcək maliyyə illərində yardım bərpa oluna bilər.