Türkiyəli müğənni Banu Alkan bu dəfə aktrisa Serenay Sarıkayanın ayaqqları ilə gündəmə  gəlib. 

Unikal.og haberler.com-a istinadən xəbər verir ki, müğənni foto paylaşaraq aktrisa Serenay Sarıkayanın ayaqlarını lağa qoyub.

İzləyicilər Banunun bu hərəkətinə bir məna verə bilməyib. "Bəyənmirsənsə, niyə paylaşırsan?", "Banu gündəm olmaq istəyir", "Dost başa, düşmən ayağa baxar", "İnsanların fiziki qüsurlarını lağa qoymaq hörmətsizlikdir" kimi şərhlər yazıblar.

Qeyd edək ki, o,  bundan öncə  Ajda Pekkanın özünü Kayli Cennere bənzətdiyini bildirmişdi. 

Gülayə  Mecid