Xəbər verdiyimiz kimi,  Türkiyədə qırmızı bülletenlə axtarışda olan “Çiftlik Bank”ın qurucusu  Mehmet Aydın ötən aylarda Braziliyada polisə təslim olub. 

Unikal.org xəbər verir ki, "Tosuncuk" ləqəbi  ilə tanınan Mehmet fermerleri aldadaraq, külli miqdarda pullarını mənimsədiyinə görə, hakim qarşısına çıxarılıb. Aylardır davam edən məhkəmə prosesində  Mehmet Aydının 75 il həbsi  istənilib. 

Məhkəmədə Aydın, "Fürsət verilsə, müsadirə edilmiş əmlakımdan bütün şikayətçilərin ziyanını ödəmək istərdim", -deyərək, hakimdən bəraət verilməsini tələb edib. 

Gülayə  Mecid