ABŞ-ın "SpaceX" şirkəti sentyabrın 14-də "Falcon 9" raketinin kosmosa buraxılmasını uğurla icra edib.

Unikal.org xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat verilib. Raket "Starlink" layihəsi çərçivəsində peyklərin yenilənmiş versiyalarının ilk partiyasını orbitə daşıyıb.

Raket Kaliforniyadakı Vandenberq bazasındakı ABŞ Kosmik Qüvvələrinin kosmodromundan uçub.

Yeni peyklər yerüstü stansiyalar vasitəsilə məlumatların ötürülməsi zamanı vaxt itkisini minimuma endirməyə imkan verən lazer rabitə xətləri ilə təchiz edilib.