3 il əvvəl iş adamı Erkan Kayhanla nikaha girən türkiyəli aktrisa Fatoş Kabasakalın toyu olub.

Unikal.org haberler.com-a  istinadən xəbər verir ki, ötən ay baş tutan mərasimə cütlüyün ailə yaxınları və  dostları dəvət alıb. 

Toy Sait Halim Paşa malikanəsində keçirilib. Aktrisanın sözlərinə görə, toyu pandemiya və hamiləlik səbəbindən ertələməli olublar.

Qeyd edək ki, cütlüyün iki övladı var.