Goranboyda içində hərbçilərin olduğu minik maşını aşıb.

Unikal.org-un məlumatına görə, hadisə Şəfəq kəndi yaxınlığından keçən yolda baş verib. "Vaz" 2115 markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan 2 hərbçi Gəncə xəstəxanalarından birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı