Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb.

Unikal.org xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsindən sonra N.Ağazadənin öldüyü məlum olub. Körpə xəstəxanaya gətirilənədək yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.(report)